Futtennis üzrə Azərbaycan Super Liqasının qalibləri müəyyənləşib

  • 11.02.2019
  • 20:54
Futtennis üzrə Azərbaycan Super Liqasının qalibləri müəyyənləşib
Şrift Ölçü:
Azərbaycan Futnet Federasiyasının (AFNF) təşkil etdiyi futtennis üzrə Azərbaycan Super Liqasının 2019-cu il mövsümünün qalibi müəyyənləşib.

Fevralın 9-da “Marafon" İdman Klubunun zalında start götürən 12 komandalı çempionatın ilk günündə qrup oyunları, növbəti gündə isə ¼, yarımfinal və final qarşılaşmaları keçirilib.

Çempionatın yekun nəticələrinə əsasən, I yerə “ASTA”, II yerə “LEON”, III yerə isə “EGE Hospital” komandası sahib olub.

Gərgin idman mübarizəsi şəraitində keçən ölkə çempionatının qalibi “ASTA” komandasında peşəkar futboldan yaxşı tanıdığımız Saşa Yunisoğlu da çıxış edib.

III yerin qalibi olan “EGE Hospital” komandasının heyətində isə təcrübəli futbolçu Emin İmaməliyev gözəl oyunu ilə yadda qalıb.

Yarışda Əfqan Talıbov, Nadir Qasımov kimi veteran futbolçular da iştirak edib.

Sonda Azərbaycan Futnet Federasiyasının rəhbərliyi qaliblərə medallar, kubok və pul mükafatları təqdim edib.





Əvvəlki Yazı AFNF-nin İcraiyyə Komitəsinin iclası keçirilib
Növbəti Yazı Beynəlxalq turnirin iştirakçıları Ulu Öndərin məzarını ziyarət ediblər

Trend xəbərlər

xəbərləri qaçırmayın

Məşhur braziliyalılar “ŞUŞA”DA

Məşhur braziliyalılar “ŞUŞA”DA

AFNF-nin İcraiyyə Komitəsinin iclası keçirilib

AFNF-nin İcraiyyə Komitəsinin iclası keçirilib

Futtennis üzrə Azərbaycan Super Liqasının qalibləri müəyyənləşib

Futtennis üzrə Azərbaycan Super Liqasının qalibləri müəyyənləşib

Futtennis üzrə ikinci açıq beynəlxalq turnir: Püşkatma mərasimi

Futtennis üzrə ikinci açıq beynəlxalq turnir: Püşkatma mərasimi

Beynəlxalq turnirin iştirakçıları Ulu Öndərin məzarını ziyarət ediblər

Beynəlxalq turnirin iştirakçıları Ulu Öndərin məzarını ziyarət ediblər

Üçqat dünya çempionu Aquinyo Anderson: "Azərbaycan futvolleyçiləri ciddi rəqibdirlər"

Üçqat dünya çempionu Aquinyo Anderson: "Azərbaycan futvolleyçiləri ciddi rəqibdirlər"

Braziliya yığması Bakıda beynəlxalq turnirin qalibi olub - SƏS TV

Braziliya yığması Bakıda beynəlxalq turnirin qalibi olub - SƏS TV

İsrail möcüzəsi necə yarandı? - Turnirə sözardı

İsrail möcüzəsi necə yarandı? - Turnirə sözardı

Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva