AFNF Vətən müharibəsindəki şanlı qələbə münasibətilə xalqımızı təbrik edir! "Qarabağ Azərbaycandır!"

  • 20.12.2020
  • 01:08
AFNF Vətən müharibəsindəki şanlı qələbə münasibətilə xalqımızı təbrik edir! "Qarabağ Azərbaycandır!"
Şrift Ölçü:
Sentyabrın 27-dən erməni təxribatlarına qarşı Müzəffər Ordumuzun güclü və sürətli əks-hücum əməliyyatı ilə başlayan müqəddəs Vətən savaşımız böyük Qələbə ilə nəticələndi. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz xalqımızı əzəli torpaqlarımıza qovuşdurdu. Azərbaycan Ordusunun müasir vasitələrlə və silahlarla təchiz olunaraq yüksək əhval-ruhiyyə ilə mübarizəyə başlanması və çox çətin relyefli ərazidə inamla qalib gəlməsi dünyanın bir çox yerində həsəd və qısqanclıqla qarşılandı.

44 gün davam edən və Şanlı Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən Qarabağ zəfəri münasibətilə Azərbaycan Futnet Federasiyası prezident, Ali Baş Komandan İlham Əliyevi və Azərbaycan xalqını ürəkdən təbrik edir.

Bu tarixi zəfər Azərbaycan ordusunun, onun Ali baş Komandanın, bütün Azərbaycan xalqının qələbəsidir. Bu qələbə Azərbaycan xalqının nə qədər güclü, nə qədər mətin, nə qədər mübariz olduğunu bir daha bütün dünyaya sübut etdi. Bu zəfər bir daha təsdiq etdi ki, cənab prezidentin dediyi kimi, Azərbaycan bir qarış da olsun torpağını kimsəyə güzəştə getməyəcək.

İndi bütün Azərbaycan xalqının sevincinin həddi-hüdudu yoxdur. Qələbəni bizə bəxş etdiyiniz üçün, var olun, cənab prezident! Qarabağ Azərbaycandır, Qarabağ Azərbaycan xalqınındır! Bunu edən Siz oldunuz. Azərbaycan xalqı Sizin, Siz isə Azərbaycan xalqının arxasında mərdliklə, mətanətlə dayandınız. Sizin səyləriniz və Azərbaycan xalqının əzmi, əsgərimizin mərdliyi, Qarabağı bizə bəxş etdi. Çox sağ olun, cənab Prezident, var olun! Sizin siyasətiniz nəticəsində bu gün Azərbaycan Cənubi Qafqazın ən güclü dövlətidir. Artıq bir çox dövlətlər Sizinlə cənubi Qafqazda məsləhətləşmələr aparacaq. Qarabağ müharibəsi dövründə göstərdiyiniz yüksək liderlik keyfiyyətləri digər ölkələrin başçıları üçün bir nümunədir. Bu qələbəni bizə nəsib etdiyiniz üçün Azərbaycan xalqı Sizinlə fəxr edir!

Azərbaycan tarixinin 3000 illik bir dövrünə nəzər saldıqda, tam məsuliyyəti ilə deyə bilərik ki, son yüksəliş illəri bu xalqın ən möhtəşəm intibah, özünü dərketmə dövrüdür. Ümummilli liderin təməlini qoyduğu müstəqil Azərbaycan bundan sonra da prezidentimiz İlham Əliyevin uğurlu daxili və xarici siyasəti sayəsində böyük qalibiyyətlərə imza atacaq.

Allah Bir daha Azərbaycana 1992-ci ilin fəlakətlərini yenidən yaşamağa imkan verməsin, həmişə qalib gələnlərdən eləsin! Azərbaycanın yolu açıq və həmişə güclü olsun.
Əvvəlki Yazı Futvolley üzrə beynəlxalq turnirdə qadınların mübarizəsində qaliblər müəyyənləşib
Növbəti Yazı Millimiz Türkiyədəki bələdiyyəyə forma hədiyyə etdi

Trend xəbərlər

xəbərləri qaçırmayın

İsraildə seçmə mərhələ start götürdü - 6 komanda Bakıya gələcək

İsraildə seçmə mərhələ start götürdü - 6 komanda Bakıya gələcək

Bebeto: ”Azərbaycanı görmək istəyirəm”

Bebeto: ”Azərbaycanı görmək istəyirəm”

AFNF-nin İcraiyyə Komitəsinin iclası keçirilib

AFNF-nin İcraiyyə Komitəsinin iclası keçirilib

Heydər Əliyevin anım günüdür

Heydər Əliyevin anım günüdür

"CBC Sport"da beynəlxalq turnirin puşkatması

"CBC Sport"da beynəlxalq turnirin puşkatması

Azərbaycan yığması Türkiyə ilə üz-üzə - FOTOLAR

Azərbaycan yığması Türkiyə ilə üz-üzə - FOTOLAR

Komandamız Türkiyədə futvoley turnirində iştirak etdi

Komandamız Türkiyədə futvoley turnirində iştirak etdi

Baku World Open International Footvolley Tournament - 2019 ATV-də

Baku World Open International Footvolley Tournament - 2019 ATV-də

Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva