AFNF rəsmiləri Braziliyaya yola düşür

  • 25.04.2022
  • 22:30
AFNF rəsmiləri Braziliyaya yola düşür
Şrift Ölçü:

Uzaq Braziliyadan Azərbaycana dəvət gəlib. 

Azərbaycan Futnet Federasiyasına Braziliyanın yerli federasiyasının adından ünvanlanan məktubda qurumun və Beynəlxalq Futvole Federasiyasının prezidenti Vüsal Xəlilov Braziliyanın Rio de Janeyro şəhərinə dəvət edilib.

 

Brazliyanın ikinci ən böyük şəhərində baş tutacaq futvole yarışının fəxri qonağı olaraq bu ölkəyə gedəcək Vüsal Xəlilovun səfər çərçivəsində dünyaca məşhur braziliyalı sabiq futbol ulduzları Romario və Ronaldinyo ilə görüşü planlaşdırılır. 

Üstəlik, yuxarıda adı sadalanan hər iki veteran futbolçu ilə yanaşı futvole turnirlərində mütəmadi olaraq çıxış edən dünya futzalının ulduzu Falkao ilə də dəyirmi masa arxasında müzakirələr aparılacaq. 

Ümumiyyətlə Braziliyaya səfər AFNF-in gələcək yarışlarının təşkili zamanı bu ölkənin uzun illər ərzində əldə etdiyi təcrübədən yararlanmaq, Beynəlxalq Futvole Federasiyasının turnirlərində braziliyalı ulduzların iştirakını təmin etmək və onların ölkəmizdə təşkil ediləcək yüksək səviyyəli turnirlərdə çıxış etməsi məqsədini daşıyır. 

Qeyd edək ki, Braziliyaya federasiyamızın baş katibi Əfqan Həmzəyev və Mətbuat Departamentimizin rəhbəri Araz Əhmədov da yollanır. 

 

Trend xəbərlər

xəbərləri qaçırmayın

Futvoleyçilərin AFNF-yə müsahibələri: 1-ci hissə

Futvoleyçilərin AFNF-yə müsahibələri: 1-ci hissə

28 May - Müstəqillik Günü

28 May - Müstəqillik Günü

AFNF-nin İcraiyyə Komitəsinin iclası keçirilib

AFNF-nin İcraiyyə Komitəsinin iclası keçirilib

Komandamız Türkiyədə futvoley turnirində iştirak etdi

Komandamız Türkiyədə futvoley turnirində iştirak etdi

Baku World Open International Footvolley Tournament” 2019 ARB24-də

Baku World Open International Footvolley Tournament” 2019 ARB24-də

Gürcüstanda futvolleyçilərin dünya turu keçirildi

Gürcüstanda futvolleyçilərin dünya turu keçirildi

Futvolley üzrə beynəlxalq turnir keçirilib

Futvolley üzrə beynəlxalq turnir keçirilib

Azərbaycan yığması favoritlər sırasında - FOTOLAR

Azərbaycan yığması favoritlər sırasında - FOTOLAR

Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva