Bebeto: ”Azərbaycanı görmək istəyirəm”

  • 1.05.2022
  • 10:57
Bebeto: ”Azərbaycanı görmək istəyirəm”
Şrift Ölçü:

Azərbaycan Futnet Federasiyasının rəsmiləri futbol üzrə Braziliya yığmasının heyətində dünya çempionu olan Bebetonun qonağı olublar.
Rio de Janeyro şəhərində veteran futbolçunun evində baş tutan görüşdə AFNF-in prezidenti Vüsal Xəlilov sabiq braziliyalı hücumçuya hədiyyələr təqdim edib. Azərbaycanın rəmzlərini, tarixi və mədəni irsini özündə əks etdirən sovqatlarını Bebetoya çatdırmaqla yanaşı, V. Xəlilov və federasiyanın baş katibi Əfqan Həmzəyev ölkəmizdə futbolsevərlərin braziliyalının ecazkar oyununu unutmadıqlarını bildiriblər.
Azərbaycanda futtennis və futvolenin keçdiyi inkişaf yolundan bəhs edən qurum prezidenti gələcəkdə bu idman növlərinin daha da populyarlaşması üçün mühüm addımlar atılacağını, önəmli planlarının olduğunu söyləyib.
Baş katib Əfqan Həmzəyev Bakıda keçiriləcək beynəlxalq yarışlarda Bebeto kimi nüfuzlu qonağı görməkdən böyük məmnunluq duyacaqlarını, braziliyalının bu işə töhfə verəcəyini deyib.
1994-cü ildə dünya çempionatının əsas qəhramanlarından biri olan Bebeto görüş zamanı Beynəlxalq Futvole Federasiyasının rəhbəri Vüsal Xəlilova “7” nömrəli formasını imzalayaraq hədiyyə edib.
Azərbaycanlı federasiya rəsmilərini evində qəbul etməkdən böyük qürur hissi keçirdiyini vurğulayan “Ağ qızıl” ləqəbli keçmiş forvard Azərbaycan haqqında eşitdiyini və mütləq ölkəmizi görmək istədiyini bildirib.
Qeyd edək ki, 29 apreldə Braziliyanın Rio de Janeyro şəhərində futvole üzrə dünya çempionatının seçmə mərhələsi start götürüb. Turnirin qalibləri Bakıda baş tutacaq final mərhələsində qüvvəsini sınayacaq.


whatsapp sharing button 
facebook sharing button 
twitter sharing button 
messenger sharing button 
Əvvəlki Yazı Rio de Janeyrodan Bakıya aparan yol - Seçmə mərhələ start götürdü
Növbəti Yazı Braziliya komandası Bakıya gələcək - Dünya çempionatı

Trend xəbərlər

xəbərləri qaçırmayın

Braziliya yığması Bakıda beynəlxalq turnirin qalibi olub - SƏS TV

Braziliya yığması Bakıda beynəlxalq turnirin qalibi olub - SƏS TV

Fəyar Hüseynov ən yaxşı oyunçu oldu - İLƏ YEKUN VURULDU

Fəyar Hüseynov ən yaxşı oyunçu oldu - İLƏ YEKUN VURULDU

Azərbaycan yığması Braziliya ilə üz-üzə - FOTOLAR

Azərbaycan yığması Braziliya ilə üz-üzə - FOTOLAR

Avstriya komandasının aeroportda qarşılanması

Avstriya komandasının aeroportda qarşılanması

Futtennis üzrə ikinci beynəlxalq turnir "Lider TV"də

Futtennis üzrə ikinci beynəlxalq turnir "Lider TV"də

28 May - Müstəqillik Günü

28 May - Müstəqillik Günü

Beynəlxalq federasiyanın prezidenti Rio de Janeyroda ilk görüşünü keçirdi

Beynəlxalq federasiyanın prezidenti Rio de Janeyroda ilk görüşünü keçirdi

Futtennis üzrə ikinci beynəlxalq turnir: Mükafatlandırma mərasimi

Futtennis üzrə ikinci beynəlxalq turnir: Mükafatlandırma mərasimi

Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva