Romario səfir olacaq

  • 17.05.2022
  • 13:27
Romario səfir olacaq
Şrift Ölçü:

Dünyaca məşhur braziliyalı futbolçu Romario futboldan sonra futvole idman növünün də səfiri olacaq. 

1994-cü ildə dünyanın ən yaxşı futbolçusu seçilən braziliyalı bununla bağlı Dünya Futvole Federasiyasının prezidenti Vüsal Xəlilovla Rio de Janeyro şəhərindəki görüşdə razılıq verib. 

Beynəlxalq qurumun rəsmisi dünya çempionu olmuş Romarioya futvolenin dünyada populyarlaşması və arealının genişlənməsi üçün gördükləri işlər barədə məlumat verdikdən sonra Braziliya konqresində senator olan veteran oyunçu bu işə öz töhfəsini vermək istədiyini bildirib. 

Rio de janeyro şəhərində keçirilən həvəskar futvole yarışlarında daim çıxış edən "bəstəboy" Vüsal Xəlilovun Dünya Futvole Federasiyasına prezident təyin edildikdən sonra bu idman növündə ciddi canlanma olduğunu və səfir olmaqdan böyük məmnunluq duyacağını söyləyib. 

Qeyd edək ki, bir müddət öncə Dünya Futvole Federasiyasının prezidenti Braziliyaya işgüzar səfər edərək Romario ilə yanaşı daha bir dünya çempionu olan Bebetoyla da  görüşmüşdü. 


whatsapp sharing button 
facebook sharing button 

Trend xəbərlər

xəbərləri qaçırmayın

Futvoleyçilərin AFNF-yə müsahibəsi: 2-ci hissə

Futvoleyçilərin AFNF-yə müsahibəsi: 2-ci hissə

Futvolleyçilərimiz “Moscow Futvolley Open” turnirdə iştirak edib

Futvolleyçilərimiz “Moscow Futvolley Open” turnirdə iştirak edib

Futvoley komandamız Türkiyədə beynəlxalq turnirdə iştirak etdi

Futvoley komandamız Türkiyədə beynəlxalq turnirdə iştirak etdi

Braziliya Hollandiya Baku World Open International Futvolley Tournament 2018

Braziliya Hollandiya Baku World Open International Futvolley Tournament 2018

Komandamız Türkiyədə futvoley turnirində iştirak etdi

Komandamız Türkiyədə futvoley turnirində iştirak etdi

Avstriya komandasının aeroportda qarşılanması

Avstriya komandasının aeroportda qarşılanması

Bebeto: ”Azərbaycanı görmək istəyirəm”

Bebeto: ”Azərbaycanı görmək istəyirəm”

Bu gün Prezidentin 60 yaşı tamam olur

Bu gün Prezidentin 60 yaşı tamam olur

Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva