Fəyar Hüseynov ən yaxşı oyunçu oldu - İLƏ YEKUN VURULDU

  • 26.01.2022
  • 22:30
Fəyar Hüseynov ən yaxşı oyunçu oldu - İLƏ YEKUN VURULDU
Şrift Ölçü:

Azərbaycan Futnet Federasiyası 2021-ci idman ilinin yekunlarına dair hesabat konfransını keçirib. 

Bugün Bakıda “Piano” oteldə baş tutan tədbirdə öncə federasiya prezidenti Vüsal Xəlilov çıxış edərək konfransın nəyə həsr olunacağı ilə bağlı məlumat verərək görülən işlərdən, gələcək planlardan danışıb.

Ötən il Dünya Futvole Federasiyasının prezidenti seçilən Xəlilov bu istiqamətdə çox çalışmalı olduqlarını da bildirib. Daha sonra AFNF-in baş katibi Əfqan Həmzəyev arxada qalan 2021-ci ilə dair geniş hesabatı məruzə edib. Baş katib Futnet Federasiyasının və beynəlxalq qurum olan və yeni təsis edilən Dünya Futvole Federasiyasının işini işıqlandıran mətbuat nümayəndələrinə də təşəkkür edib. 

Konfransda çıxış edən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmisi Aydın Məmmədov AFNF-in işini yüksək qiymətləndirib və ölkəmizdə futtennis və futvole idman növlərinin inkişafına böyük töhfə verdiyini qeyd edib. 

Hesabat konfransında federasiyasının 2021-ci ildə futtennis və futvole idman növləri üzrə Azərbaycanda və beynəlxalq arenada gördüyü işlərlə bağlı ayrıca hesabatı təqdim edilməklə yanaşı, bu il üçün yuxarıda sadalanan idman növləri və yeni təsis edilən teqbal üzrə yarışların qrafiki və tədbirlərin vaxtları açıqlanıb. Tədbirdə həmçinin, futtenis və futvole üzrə Azərbaycan millisinin beynəlxalq yarışlardakı çıxışları da dəyərləndirilib.

İlin yekununda fərqli idman növləri(futtennis, futvole və teqbal) üzrə müxtəlif nominasiyaların qalibləri də məlum olub. Qaliblərə AFNF-in sertifikatları və hədiyyələr, hesabat konfransda iştirak edən mətbuat nümayəndələrinə isə hədiyyələr təqdim edilib. Mükafatlandırma mərasimindən sonra təşkil edilən mətbuat konfransında federasiyanın baş katibi Əfqan Həmzəyev mətbuat nümayənlərinin suallarını cavablandırıb.

Beləliklə Azərbaycan Futnet Federasiyasının ilik yekunlarına həsr etdiyi konfransda aşağıdakı nominasiyalar üzrə qaliblər müəyyənləşib. 

Futvole 

Ən yaxşı məşqçi - Elvin Quliyev

Ən yaxşı komanda - "Ağdam"

Ən perspektivli gənc - Nurlan Mehdizadə 

Ən əzmkar oyunçu - Orxan Məmmədov

Ən yaxşı oyunçu - Fəyar Hüseynov

Futtennis

 

Ən yaxşı məşqçi - Əhməd İbrahimov 

Ən yaxşı komanda - ASTA 

Ən təcrübəli oyunçu - Anar Həsənov

Ən yaxşı oyunçu - Elxan Cəbrayılov

Teqbal

Ən yaxşı məşqçi - Yadigar Həmidov

Ən yaxşı komanda - "Marafon"

Ən yaxşı oyunçu - Orxan Əliyev 

 

Federasiyaya texniki və təşkilati dəstək göstərən - Rövşən Bağırov və Emil Məmmədov 

Ən aktiv könüllülər - Kənan Mirzəyev və Əhməd Məmmədov 

Ən təcrübəli oyunçu - Namiq İsgəndərov 

Ən yaxşı - Tərlan Məstiyev 

Ən gənc hakim - Mətin Həmzəyev 

Ən aktiv region - İmişli 

Əvvəlki Yazı Bu gün Prezidentin 60 yaşı tamam olur
Növbəti Yazı "Şuşa" finalda "Cəbrayıl"ı məğlub etdi

Trend xəbərlər

xəbərləri qaçırmayın

Üçqat dünya çempionu Aquinyo Anderson: "Azərbaycan futvolleyçiləri ciddi rəqibdirlər"

Üçqat dünya çempionu Aquinyo Anderson: "Azərbaycan futvolleyçiləri ciddi rəqibdirlər"

Beynəlxalq turnirin püşkü atılıb

Beynəlxalq turnirin püşkü atılıb

Hollandiya komandasının aeroportda qarşılanması

Hollandiya komandasının aeroportda qarşılanması

Bakıda beynəlxalq turnirin püşkatma mərasimi keçirildi

Bakıda beynəlxalq turnirin püşkatma mərasimi keçirildi

Futvolleyçilərimiz “Moscow Futvolley Open” turnirdə iştirak edib

Futvolleyçilərimiz “Moscow Futvolley Open” turnirdə iştirak edib

Estetik və ecazkar futvole - FOTOLAR

Estetik və ecazkar futvole - FOTOLAR

Türkiyədə keçirilən futvolley turniri İdman TV-də

Türkiyədə keçirilən futvolley turniri İdman TV-də

Türkiyədə futvoley üzrə beynəlxalq turnir keçiriləcək

Türkiyədə futvoley üzrə beynəlxalq turnir keçiriləcək

Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva