Türkiyədə "Qarabağ zəfəri kuboku" turniri keçiriləcək

  • 30.10.2021
  • 17:40
Türkiyədə "Qarabağ zəfəri kuboku" turniri keçiriləcək
Şrift Ölçü:
Futvoleyçilərimiz daha bir sınaq qarşısındadırlar.

Noyabrın 5-dən 8-dək beynəlxalq futvolley turniri keçiriləcək. "Qarabağ zəfəri kuboku" adı altında keçirilən yarış 2-ci Qarabağ müharibəsində qazanılan qələbəyə həsr olunub.

Türkiyənin Alanya şəhərində keçiriləcək turnirə maraq böyükdür. Belə ki, Azərbaycanla yanaşı, Braziliya, Almaniya, Ukrayna, Avstriya, Türkiyə, Rusiya, İsrail, Fransa və Niderland futvoleyçiləriləri də mükafatlar uğrunda mübarizə aparacaqlar.

Qeyd edək ki, turnir "Azərbaycan Xalqlar Dostluğu" Dərnəyinin və Azərbaycan FutNet Federasiyasının təşəbbüsü Dünya Futvoley Federasiyasının razılığı və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçiriləcək. Bildiyiniz kimi, Diasporla İş üzrə Dövlət Komitəsi Zəfər Gününun ildönümü ilə əlaqədar xarici ölkələrdə tədbirlər keçirməklə şanlı qələbəmizi bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırmaq və onlarla qələbə sevincimizi paylaşmaq məqsədi daşıyır.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi daima idmana və gənclərə xüsusi diqqət ayırır. Məhz budəfəki yarış da bunun sübutudur. Komitə bu cür yarışların davamlı olmasının səbəbi kimi gənclərin futvolleyə olan marağını diqqətə çatdırıb. Azərbaycan FutNet Federasiyasının da öz növbəsində belə beynəlxalq yarışların öhdəsindən həmişə layiqincə gəldiyini nəzərə alsaq, budəfəki yarışın da yüksək peşəkarlıqla keçiriləcəyini əminliklə söyləmək olar. Futvolleyə göstərdiyi diqqətilə seçilən qurumlardan biri də Azərbaycan Xalqlar Dostluğu dərnəyidir. Hər zaman idmana, xüsusilə də futvolleyə diqqət ayıran Azərbaycanın Türkiyədəki diaspora təşkilatı Xalqlar Dostluğu dərnəyi ötən yarışda olduğu kimi, bu dəfə də federasiyamızın yanındadır. Daima bizə dəstəyini əsirgəməyən bu dərnək "Qarabağ zəfəri kuboku" yarışında da bizi dəstəkləyir.


Əvvəlki Yazı Fut Net idman növünün gənclər arasında təbliği

Trend xəbərlər

xəbərləri qaçırmayın

Rio de Janeyrodan sonra Dubay

Rio de Janeyrodan sonra Dubay

World Open International Futvolley Tournament - 2018

World Open International Futvolley Tournament - 2018

Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

İsraildə seçmə mərhələ start götürdü - 6 komanda Bakıya gələcək

İsraildə seçmə mərhələ start götürdü - 6 komanda Bakıya gələcək

Beynəlxalq federasiyanın prezidenti Rio de Janeyroda ilk görüşünü keçirdi

Beynəlxalq federasiyanın prezidenti Rio de Janeyroda ilk görüşünü keçirdi

Futtennis üzrə ikinci beynəlxalq turnir: Mükafatlandırma mərasimi

Futtennis üzrə ikinci beynəlxalq turnir: Mükafatlandırma mərasimi

Türkiyədə keçirilən futvolley turniri

Türkiyədə keçirilən futvolley turniri

İlham Əliyev Şuşada hərbçilər qarşısında çıxış etdi

İlham Əliyev Şuşada hərbçilər qarşısında çıxış etdi

Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva