Azərbaycan yığması Braziliya ilə üz-üzə - FOTOLAR

  • 2.07.2022
  • 12:30
Azərbaycan yığması Braziliya ilə üz-üzə - FOTOLAR
Şrift Ölçü:

Türkiyənin Arsuz şəhərində keçirilən futvole üzrə Dünya Çempionatının seçmə mərhələsi davam edir.

12 ölkədən 49 idmançının mübarizə apardığı turnirin qrup mərhələsinin oyunları Arsuz çimərliyində hava şəraitinin küləkli olmasına rəğmən baş tutub.
İlk görüşdə Kolumbiyanı məğlub edən kişi cütlüyümüz Fəyar Hüseynov və Namiq İsgəndərov qrupda yalnız Türkiyəyə məğlub olaraq ikinci sıradan yarımfinala adlayıb. Türkiyə yığması ilə görüşdə ilk setdə yenilən millmiz ikinci setdə rəqibini ağ bayraq qaldırmağa məcbur edib. Qalibi müəyyən edən üçüncü setdə idmançılarımız zəif çıxış edərək, matçdan boynu bükük ayrılıb. Beləliklə, A qrupunun bütün qarşılaşmalarında qalib gələn Türkiyə lider olaraq növbəti mərhələyə yüksəlib.
B qrupunda mücadilə edən ölkələr arasında digər rəqiblərindən bir baş üstün olan Braziliya qum üzərindədə hamıdan yaxşı olduğunu sübut edib. Bütün görüşləri qələbə ilə başa vuran “sambaçılar” Beynəlxalq Futvole Federasiyasının bayrağı altında keçirilən yarışın yarımfinalında Azərbaycana rəqib olub.
Bu qrupda ikinci yeri tutan İran isə finala çıxmaq üçün Türkiyəni keçməlidi.
Miks cütlüklərin mücadilə etdiyi qrupda iki turun görüşləri arxada qalıb. Təəssüflər olsun ki, bu görüşlərdə Azərbaycan yığması məğlub olub. Bugün mikslərin qalan qarşılaşmaları təşkil ediləcək.
Ötən gün qrup mərhələsinin oyunları ilə bərabər “Road to Baku” şüarı altında düzənlənən seçmə mərhələ şölənində açılış mərasimi də baş tutub. Tədbirdə Arsuz Bələdiyyə sədri Asəf Güvən, Türkiyə azərbaycanlılar dərnəyinin rəsmisi Başar Kömür, təşkilatçı Ayhan Dik və digərləri çıxış edərək, futvolenin getdikcə populyarlaşmasından, idmanın ölkələr arasında dostluq əlaqələrini möhkəmləndirməsindən, zaman keçdikcə Azərbaycanın bu idman növündə öncül sıralarda olmasından bəhs ediblər.
Beləliklə, turnirdə kişi cütlüklərin yarımfinalında Azərbaycan-Braziliya və Türkiyə-İran görüşləri keçiriləcək.

 


whatsapp sharing button 
facebook sharing button 
twitter sharing button 
messenger sharing button 
vk sharing button 
odnoklassniki sharing button 
mailru sharing button 
email sharing button 
pinterest sharing button 
Əvvəlki Yazı Türkiyə, yoxsa Braziliya, Braziliya, yoxsa Türkiyə FOTOLAR
Növbəti Yazı Seçmə mərhələ Braziliya idmançılarının qələbəsi ilə başa çatdı - FOTOLAR

Trend xəbərlər

xəbərləri qaçırmayın

Azərbaycan yığması Braziliya ilə üz-üzə - FOTOLAR

Azərbaycan yığması Braziliya ilə üz-üzə - FOTOLAR

Kiyevdə seçmə mərhələ yarışı baş tutacaq

Kiyevdə seçmə mərhələ yarışı baş tutacaq

Məşhur braziliyalılar “ŞUŞA”DA

Məşhur braziliyalılar “ŞUŞA”DA

Fut Net idman növünün gənclər arasında təbliği

Fut Net idman növünün gənclər arasında təbliği

"Şuşa" finalda "Cəbrayıl"ı məğlub etdi

"Şuşa" finalda "Cəbrayıl"ı məğlub etdi

Fəyar Hüseynov ən yaxşı oyunçu oldu - İLƏ YEKUN VURULDU

Fəyar Hüseynov ən yaxşı oyunçu oldu - İLƏ YEKUN VURULDU

Vüsal Xəlilov yerli kanala müsahibə verdi - VİDEO

Vüsal Xəlilov yerli kanala müsahibə verdi - VİDEO

Futnet Federasiyası ilə yekun vuracaq - Tədbir

Futnet Federasiyası ilə yekun vuracaq - Tədbir

Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva