Beynəlxalq federasiyanın prezidenti Rio de Janeyroda ilk görüşünü keçirdi

  • 28.04.2022
  • 15:00
Beynəlxalq federasiyanın prezidenti Rio de Janeyroda ilk görüşünü keçirdi
Şrift Ölçü:

Braziliyada işgüzar səfərdə olan Beynəlxalq Futvole Federasiyasının prezidenti Vüsal Xəlilov Braziliya Futvole Federasiyasına rəhbərlik edən Anderson Aguia ilə görüşüb.
Futnet.az xəbər verir ki, Rio de Janeyro şəhərində baş tutan görüşdə Azərbaycan Futnet Federasiyasına da başçılıq edən Xəlilov braziliyalı qurum rəsmisinə hədiyyələrini təqdim edərək, ölkəmizdə bu idmana marağın getdikcə artmasından danışıb.
Həm federasiya prezidenti, həmdə futvole ulduzu olan Anderson Aguia Bakıya səfəri zamanı ona göstərilən xoş münasibətdən çox məmnun qaldığını və Azərbaycanın yerli federasiyasının təşkilatçılığının yüksək səviyyədə olduğunu bildirib.

Görüş zamanı Vüsal Xəlilovun Beynəlxalq Futvole Federasiyasına prezident təyin olunmasından sonra istər struktur, istərsə də təbliğat baxımından böyük yol qət edildiyini söyləyən Aguia bu qurumun bayrağı altında keçirilən yarışlarda iştirak etməkdən böyük məmnunluq duyacaqlarını söyləyib.
Eyni zamanda prezident Vüsal Xəlilov beynəlxalq federasiyanın nüfuzunun artırılması üçün daha geniş arealda turnirlərin təşkilinin vacibliyindən bəhs edib. Üstəlik, dünyanın bir çox sabiq futbol ulduzunun futvoleyə cəlb edilməsinin önəmli olduğunu, bunun bu idman növünün təbliğatında mühüm rol oynadığını qeyd edib.
Xatırladaq ki, sabah Rio de Janeyroda start götürəcək turnir Bakıda baş tutacaq dünya çempionatının seçmə mərhələlərindən biridi.

Əvvəlki Yazı AFNF 5 ili arxada qoydu
Növbəti Yazı Sabiq braziliyalı ulduz futbolçu Romario Azərbaycan nümayəndə heyətini qəbul edib FOTO

Trend xəbərlər

xəbərləri qaçırmayın

Azərbaycan yığması favoritlər sırasında - FOTOLAR

Azərbaycan yığması favoritlər sırasında - FOTOLAR

Dubayda seçmə mərhələ turniri start götürdü - Dünya Çempionatı

Dubayda seçmə mərhələ turniri start götürdü - Dünya Çempionatı

Fəyar Hüseynov ən yaxşı oyunçu oldu - İLƏ YEKUN VURULDU

Fəyar Hüseynov ən yaxşı oyunçu oldu - İLƏ YEKUN VURULDU

Daha bir seçmə mərhələ turniri baş tutacaq

Daha bir seçmə mərhələ turniri baş tutacaq

Fut Net idman növünün gənclər arasında təbliği

Fut Net idman növünün gənclər arasında təbliği

Futnet Federasiyası ilə yekun vuracaq - Tədbir

Futnet Federasiyası ilə yekun vuracaq - Tədbir

Futtennis üzrə ikinci açıq beynəlxalq turnir: Püşkatma mərasimi

Futtennis üzrə ikinci açıq beynəlxalq turnir: Püşkatma mərasimi

İlkin Vidadioğlu: "Dünyanın ən güclü futvolley komandaları Bakıda mübarizə aparırlar"

İlkin Vidadioğlu: "Dünyanın ən güclü futvolley komandaları Bakıda mübarizə aparırlar"

Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva