Sabiq braziliyalı ulduz futbolçu Romario Azərbaycan nümayəndə heyətini qəbul edib FOTO

  • 29.04.2022
  • 10:17
Sabiq braziliyalı ulduz futbolçu Romario Azərbaycan nümayəndə heyətini qəbul edib FOTO
Şrift Ölçü:

Braziliyalı senator, sabiq futbol ulduzu, 1994-cü ildə dünya çempionu olan Romario de Souza Faria Azərbaycan Futnet Federasiyasının rəsmilərini Rio de Janeyroda, öz evində qəbul edib.
Vaxtilə dünyanın ən yaxşı futbolçusu seçilmiş Romario ilə görüş zamanı ona Beynəlxalq Futvole Federasiyasının prezidenti Vüsal Xəlilov tərəfindən Azərbaycanın tarixini və mədəniyyətini özündə əks etdirən hədiyyələr, üstəlik “11” nömrəli forma təqdim edilib.
Vüsal Xəlilov Azərbaycan və Braziliya arasındakı dostluq əlaqələrindən bəhs edərək, Romarionun ölkəmizdə futbolsevərlər tərəfindən çox sevildiyini söyləyib. Federasiya prezidenti futvolenin təbliği istiqamətində önəmli addımlar atan və böyük rola malik olan braziliyalı sabiq futbolçu ilə gələcək əməkdaşlıqla bağlı mühüm məsələləri də müzakirə edib.
Səmimi qəbula görə veteran futbolçuya təşəkkürünü bildirən AFNF-in baş katibi Əfqan Həmzəyev, Romarionun ecazkar oyununun azarkeşlərin daim yaddaşlarında qalacağını deyib.
Rio de Janeyrodakı evində onunla bir araya gələn qurum rəsmilərinə xoş sözlərə görə minnətdarlığını çatdıran sabiq ulduz torpaqlarımızın erməni işğalından azad edilməsi münasibətilə xalqımızı təbrik edərək, Şuşanın Azərbaycanın mədəniyyətinin beşiyi olduğunu vurğulayıb.
Qeyd edək ki, görüşdə, həmçinin Braziliya Futvole Federasiyasının prezidenti Anderson Aguia və AFNF-in Mətbuat Departamentinin rəhbəri Araz Əhmədov iştirak edib.


whatsapp sharing button 
facebook sharing button 
Əvvəlki Yazı Beynəlxalq federasiyanın prezidenti Rio de Janeyroda ilk görüşünü keçirdi
Növbəti Yazı Rio de Janeyrodan Bakıya aparan yol - Seçmə mərhələ start götürdü

Trend xəbərlər

xəbərləri qaçırmayın

Futtennis üzrə Azərbaycan Super Liqasının qalibləri müəyyənləşib

Futtennis üzrə Azərbaycan Super Liqasının qalibləri müəyyənləşib

İlkin Vidadioğlu: "Dünyanın ən güclü futvolley komandaları Bakıda mübarizə aparırlar"

İlkin Vidadioğlu: "Dünyanın ən güclü futvolley komandaları Bakıda mübarizə aparırlar"

Futtennis üzrə ikinci açıq beynəlxalq turnir: Püşkatma mərasimi

Futtennis üzrə ikinci açıq beynəlxalq turnir: Püşkatma mərasimi

Futvolley üzrə Azərbaycan kuboku keçirilib - İDMAN TV

Futvolley üzrə Azərbaycan kuboku keçirilib - İDMAN TV

Fut Net idman növünün gənclər arasında təbliği - İDMAN TV

Fut Net idman növünün gənclər arasında təbliği - İDMAN TV

"Marafon" teqbal üzrə ilk Azərbaycan Kubokunu qazandı

"Marafon" teqbal üzrə ilk Azərbaycan Kubokunu qazandı

Futvoleyçilərin AFNF-yə müsahibəsi: 2-ci hissə

Futvoleyçilərin AFNF-yə müsahibəsi: 2-ci hissə

Futtennis üzrə Azərbaycan Super Liqasının qalibləri müəyyənləşib

Futtennis üzrə Azərbaycan Super Liqasının qalibləri müəyyənləşib

Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva