Azərbaycan yığması Türkiyə ilə üz-üzə - FOTOLAR

  • 19.06.2022
  • 11:00
Azərbaycan yığması Türkiyə ilə üz-üzə - FOTOLAR
Şrift Ölçü:

Batumidə futvole üzrə Dünya Çempionatının seçmə mərhələ yarışı start götürüb.
Miks (qadın/kişi) və kişi cütlüklərinin qrup mərhələsinin görüşlərinin başlamasından bir müddət sonra kimlərin əsas favorit olduğu ortaya çıxıb. Gürcüstanın kurort şəhərində öz ecazkar oyunları ilə braziliyalılar bu idman növünün “şahı” olduqlarını yenə hər kəsə sübut ediblər. Qrup mərhələsində bütün rəqiblərini diz çökdürən “sambaçılar” qızıl medala iddialı olduqlarını nümayiş etdiriblər. Xüsusən də güclü İsrail yığması ilə qarşılaşmada “comeback” edən latın amerikalılar tribunlara toplaşan idmansevərlərin alqışlarını qazanıblar. Mübarizə, estetik zərbələr, “shark attack”lar, sona qədər döyüşmək qabiliyyəti braziliyalıların publikanı ələ alması üçün yetərli olub.
Azərbaycan yığmasına gəlincə, idmançılarımız(kişi cütlük) qrup mərhələsində Qazaxıstan millisinə qalib gələrək ikinci sıranı təmin edib.
Miks cütlüyümüz qrup mərhələsində bir görüşdə qalib gələrək növbəti oyunlarda yenilsə də, turniri 4-cü sırada tamamlayıb. Belə ki, 3-4-cü yerlər uğrunda mübarizədə Fəyar Hüseynov və Anna Abulaşvili Birləşmiş Ərəb Əmirliklərindən olan futvoleçilərə uduzublar. Miksdə ən güclü və ikinci yerin sahibi isə( müvafiq olaraq İsrail 1 və İsrail 2)bu gün bəlli olacaq.
Qrup mərhələsində baş tutan 26 mübarizədən sonra Çimərlik futbolu stadionundakı Beynəlxalq Futvole Federasiyasının bayrağı altında turnirin açılış mərasimi təşkil edilib.
Tədbirdə komandalar meydana dəvət olunaraq onlar və idmansevərlər üçün gürcü rəqslərindən ibarət musiqili bədii hissə nümayiş etdirilib.
Arxda qalan qrup mərhələsindən sonra Braziliya və İsrail kollektivlərinin qələbəyə əsas iddialı olduqları ortaya çıxıb.
Qeyd edək ki, bu gün “Road to Baku” şüarı ilə keçirilən turnirdə pley-off mərhələsinin oyunları baş tutacaq.
1/4 final
İsrail 1
İsrail 2
————
Braziliya
İsrail 3
————
İran 2
İran 1
————
Azərbaycan
Türkiyə


whatsapp sharing button 
facebook sharing button 
Əvvəlki Yazı Azərbaycan yığması favoritlər sırasında - FOTOLAR
Növbəti Yazı Bələdiyyə sədri ziyafət verdi - FOTOLAR

Trend xəbərlər

xəbərləri qaçırmayın

"Marafon" teqbal üzrə ilk Azərbaycan Kubokunu qazandı

"Marafon" teqbal üzrə ilk Azərbaycan Kubokunu qazandı

Türkiyədə keçirilən futvolley turniri İdman TV-də

Türkiyədə keçirilən futvolley turniri İdman TV-də

Fut Net idman növünün gənclər arasında təbliği - İDMAN TV

Fut Net idman növünün gənclər arasında təbliği - İDMAN TV

Futtennis üzrə ikinci beynəlxalq turnir "CBC Sport"da

Futtennis üzrə ikinci beynəlxalq turnir "CBC Sport"da

Bebeto: ”Azərbaycanı görmək istəyirəm”

Bebeto: ”Azərbaycanı görmək istəyirəm”

Seçmə mərhələ Braziliya idmançılarının qələbəsi ilə başa çatdı - FOTOLAR

Seçmə mərhələ Braziliya idmançılarının qələbəsi ilə başa çatdı - FOTOLAR

İmişlidə şəhidlərin xatirəsinə həsr edilən futvolley turniri keçirilib

İmişlidə şəhidlərin xatirəsinə həsr edilən futvolley turniri keçirilib

Braziliya Hollandiya Baku World Open International Futvolley Tournament 2018

Braziliya Hollandiya Baku World Open International Futvolley Tournament 2018

Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva