Fut Net idman növünün gənclər arasında təbliği - İDMAN TV

  • 27.08.2021
  • 07:26
Fut Net idman növünün gənclər arasında təbliği - İDMAN TV
Şrift Ölçü:

26 avuqst tarixində Lənkəranın "Springs" hotelində YAŞAT fondunun dəstəyi ilə şəhid övladlarının iştirakı ilə YAŞAT düşərgəsinin 6-cı həftəsi keçirilib.

Daima yeniyetmə və gənclərə dəstək olan Azərbaycan Fut Net Federasiyası YAŞAT fondunun dəvəti ilə düşərgədə mini turnir keçirib. Yarışda 16-18 yaş arası şəhid övladları iştirak edib. Maraqlı mübarizə şəraitində keçən turnirdə 8 komanda bacarığını göstərib. Yekunda qaliblərin adına aydınlıq gəlib.

Federasiyanın baş katibi Əfqan Həmzəyev İdman TV-yə müsahibəsində əsas məqsədin mini turnir keçirməklə yanaşı fut net idman növünün gənclər arasında təbliği olduğunu bildirib. Həmzəyevin sözlərinə görə, həmin uşaqlar həm qaydaları öyrəniblər, həm də asudə vaxtlarını belə maraqlı idman növünə həsr ediblər. 

YAŞAT fondu ilə qarşıda işbirliyinə davam etməkdə maraqlı olduğunu deyən baş katib növbəti yarışlara YAŞAT rəhbərliyini, şəhid ailələrini və qaziləri dəvət edəcəklərini də vurğulayıb.

Trend xəbərlər

xəbərləri qaçırmayın

Beynəlxalq turnirin püşkü atılıb

Beynəlxalq turnirin püşkü atılıb

Hollandiya komandasının aeroportda qarşılanması

Hollandiya komandasının aeroportda qarşılanması

AFNF 5 ili arxada qoydu

AFNF 5 ili arxada qoydu

Azərbaycan yığması Braziliya ilə üz-üzə - FOTOLAR

Azərbaycan yığması Braziliya ilə üz-üzə - FOTOLAR

28 May - Müstəqillik Günü

28 May - Müstəqillik Günü

Vüsal Xəlilov yerli kanala müsahibə verdi - VİDEO

Vüsal Xəlilov yerli kanala müsahibə verdi - VİDEO

“Futvole Azərbaycanda populyarlaşacaq” - Dəvət

“Futvole Azərbaycanda populyarlaşacaq” - Dəvət

Daha bir seçmə mərhələ turniri baş tutacaq

Daha bir seçmə mərhələ turniri baş tutacaq

Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva