Rio de Janeyrodan sonra Dubay

  • 30.05.2022
  • 22:30
Rio de Janeyrodan sonra Dubay
Şrift Ölçü:

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində futvole üzrə dünya çempionatının seçmə mərhələ yarışı keçiriləcək. 

3-4 iyun tarixlərində İran körfəzinin sahillərində təşkil ediləcək turnirdə bir çox ölkələrin yığması mübarizə aparacaq.

Dubay Əmirliyinin paytaxtındakı mötəbər yarış, Beynəlxalq Futvole Federasiyasının bayrağı altında baş tutacaq. 

17 iyundan 20 iyuna qədər isə Gürcüstanın Batumi şəhərində daha bir seçmə mərhələ turnirində yığma komandaların iştirakını görmək mümkün olacaq. Qara dəniz sahillərindəki mübarizəyə Azərbaycan yığması da qoşulacaq. Batuminin çimərlik futbolu üçün nəzərdə tutulan stadionunda olacaq futvole şölənində bir çox dünya ulduzlarının iştirakı da gözlənilir. 

30 iyundan 3 iyuladək isə Türkiyənin Arsuz şəhərində növbəti ələmələr idmansevərlərin görüşünə gələcək. Türkiyədəki turnirin ən yaxşıları da sonda "mundial"da çıxış edəcək. 

Qeyd edək ki, Dünya Çempionatının final mərhələsində qüvvəsini sınayacaq yığmaların müəyyən edilməsi üçün artıq Braziliyanın Rio de Janeyro şəhərində ilk təqvim turniri sınaqdan üzüağ çıxıb. 

Xatrıladaq ki, seçmə mərhələ turnirləri haqda bütün məlumatları Beynəlxalq Futvole Federasiyasının www.thefootvolley/com rəsmi saytından əldə edə bilərsiz. 

Əvvəlki Yazı "Marafon" teqbal üzrə ilk Azərbaycan Kubokunu qazandı
Növbəti Yazı Heydər Əliyevin 100 illiyi münasibətilə Dubayda futvoley üzrə beynəlxalq turnir keçirilir

Trend xəbərlər

xəbərləri qaçırmayın

AFNF 5 ili arxada qoydu

AFNF 5 ili arxada qoydu

Zəfərin mübarək, Azərbaycan!

Zəfərin mübarək, Azərbaycan!

Futtennis üzrə ikinci beynəlxalq turnir: Açılış mərasimi

Futtennis üzrə ikinci beynəlxalq turnir: Açılış mərasimi

Futtennis üzrə ikinci açıq beynəlxalq turnir: Püşkatma mərasimi

Futtennis üzrə ikinci açıq beynəlxalq turnir: Püşkatma mərasimi

Vüsal Xəlilov yerli kanala müsahibə verdi - VİDEO

Vüsal Xəlilov yerli kanala müsahibə verdi - VİDEO

Futvolley üzrə beynəlxalq turnirdə qadınların mübarizəsində qaliblər müəyyənləşib

Futvolley üzrə beynəlxalq turnirdə qadınların mübarizəsində qaliblər müəyyənləşib

Azərbaycan futtennisçiləri beynəlxalq turnirin qalibi olublar

Azərbaycan futtennisçiləri beynəlxalq turnirin qalibi olublar

Futvolley üzrə 2-ci Azərbaycan kuboku keçirildi

Futvolley üzrə 2-ci Azərbaycan kuboku keçirildi

Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva